Daşkəsənə dolu yağıb - VİDEO
15-06-2022, 16:22
6 475

Daşkəsənə dolu yağıb - VİDEO

Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

Bu gün saat 13 radələrində leysan yağışından sonra təxminən 10-15 dəqiqə rayon mərkəzinə, rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb.

Rayon icra hakimiyyətindən APA- ya bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.

Qeyd edək ki, Gədəbəyə isə yağışdan sonra güclü sel gəlib.

Xatırladaq ki, iyunun 10-da saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü dağlıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan dəyib, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb./apa







Oxşar xəbərlər