"Deyirlər, içib oynayır, səhər 9-da içmək olar?" - Məzunlarla rəqs edən müəllim DANIŞDI (VİDEO)
20-06-2022, 12:32
1 696

"Deyirlər, içib oynayır, səhər 9-da içmək olar?" - Məzunlarla rəqs edən müəllim DANIŞDI (VİDEO)

"Mənə bu barədə heç bir söz deyilməyib. Bəziləri deyir ki, içib oynayıb. Amma mən içən biri deyiləm. Həm də səhər-səhər içki olar?"
Bu sözləri "Unikal"a bir neçə gün öncə 11-ci sinif məzunları ilə oynayarkən sosial şəbələlərdə trend olan tarix müəllimi Niftəliyev Anar deyib. 
Ucar rayon Boyat kənd tam orta məktəbin müəllimi olan N.Anar onu da bildirib ki, sözügedən video sonradan təhrif olunub, başqa musiqi əlavə edilib, o, cəmiyyətə məktəb direktoru kimi təqdim olunub: "Amma videonu çəkəni tapa bilmədim. Heç axtarmadım da. Bir də ki, videonu paylaşanda həmin mahnı ilə paylaşmayıblar. Sonradan başqa musiqi əlavə olunub. İnsanlar da bunu birmənalı qarşılamayıb. Olur belə, bir nəfər hər kəs üçün yaxşı görünə bilməz. 
Bəziləri adımı direktor, müavin kimi qeyd edir. Amma mən tarix müəllimiyəm. Şagirdlərimin arzusunu nəzərə alıb onlarla oynadım". 





Oxşar xəbərlər