"Qazilərin problemlərini həll etmək belə çətindir?" - Deputatdan nazir müavininə ETİRAZ
20-06-2022, 13:07
1 613

"Qazilərin problemlərini həll etmək belə çətindir?" - Deputatdan nazir müavininə ETİRAZ

"Azərbaycanda ən çox sosial müdafiə sahəsi ilə bağlı şikayətlər var". 
Bunu 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimova müraciət edərkən deyib. 
Deputat sual edib ki, Azərbaycanda qazilərin problemləri həll etmək belə çətindir?
"Biri özünü yandırır, biri nazirliyin şüşələrini sındırır və s. Nədir problem? Müharibə bir ildən artıqdır ki, bitib, amma onların problemləri həll olunmamış qalır. 11-12 min qazi var, onların problemi niyə həll edilmir?",-deyə Vahid Əhmədov əlavə edib. 
Vahid Əhmədov daha sonra əlavə edib: "Mən bu məsələ ilə bağlı maliyyə naziri Samir Şərifovla danışmışam. O, maliyyə probleminin olmadığını bildirib".

Oxşar xəbərlər