Bu yollarda sıxlıq var - SİYAHI (YENİLƏNİB)
20-06-2022, 14:18
7 479

Bu yollarda sıxlıq var - SİYAHI (YENİLƏNİB)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.
 Mərkəzin məlumatını təqdim edirik:
1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
2. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq
3. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
4. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
5. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
6. Gülarə Qədirbəyova küçəsinin Xətai prospeki ilə kəsişməsindən yol boyunca, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
7. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq
8. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.
***
08:42
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paxtaxt yolllarındakı son vəziyyəti açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Bakı Sumqayıt şossesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq müşahidə edilir.
2. Ziya Bünyadov prospekti - Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətdə sıxlıq müşahidə edilir.
3. Tbilisi prospekti - 20 Yanvar dairəsindən başlayaraq Mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

Oxşar xəbərlər