“Bakı Metropoliteni” 50 min manatlıq avtomobil yağı alır
20-06-2022, 17:23
6 981

“Bakı Metropoliteni” 50 min manatlıq avtomobil yağı alır

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Technoil” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC istifadəsində olan avtomobil nəqliyyatı vasitələri üçün mühərrik və sürtkü yağlarının satın alınması üçün MMC-yə 49 min 996 manat 60 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 11 milyon 688 min 495 manat nizamnamə kapitalı olan “Technoil” MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Oxşar xəbərlər