Bakıda yeniyetmə məhkumlar tərbiyə müəssisəsindən qaçıb?
21-06-2022, 10:44
1 398

Bakıda yeniyetmə məhkumlar tərbiyə müəssisəsindən qaçıb?

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Penitensiar Xidmətin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yayılan məlumatlar yalandır: "Bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".
Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Oxşar xəbərlər