Bakıda “parkovşiklər”in yaratdığı labirint, yoxsa dərəbəyilik? - DİN hərəkətə keçdi - YENİLƏNİB + VİDEO
22-06-2022, 18:47
7 014

Bakıda “parkovşiklər”in yaratdığı labirint, yoxsa dərəbəyilik? - DİN hərəkətə keçdi - YENİLƏNİB + VİDEO

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Nəsimi rayonu “Moskva” univermağı kimi tanınan ərazinin yaxınlığındakı parklanma yerində yaşanan problemi ilə bağlı məsələyə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, “Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınan parklanma problemi ilə bağlı ərazi üzrə yol polisi əməkdaşlarına məlumat verilib:
“Sözügedən əraziyə baxış keçiriləcək. Lazımi tədbirlər görüləcək”.
16:36
“Memar Əcəmi” metrosu yaxınlığında parklanma problemi yaşanır.
Oxu.Az-ın redaksiyasına daxil olan şikayətə görə, avtomobillər düzgün formada park edilmədiyi üçün digər maşınlar ərazini tərk edə bilmirlər.
Şikayətçinin sözlərinə görə, o, bir saat avtomobilini çıxarmaq üçün parklanma ərazisində digər maşınların sahiblərini gözləyib. Nəzarətçi isə ona avtomobillərin bu formada dayanmasının qanunauyğun olduğunu bildirib.
Sözügedən ərazidən olan görüntüləri təqdim edirik:


Oxşar xəbərlər