Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA
23-06-2022, 12:24
1 421

Mövsümi meyvələr niyə bahadır? - AÇIQLAMA

"Bu il mövsümi meyvələrin qiyməti kəndlərdə də bahadır. Doğrudur, şəhərə nisbətən qiymətlər ucuzdur".
Bunu açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, daşınma xərclərini və digər məsələləri bunun üzərinə gələndə, Bakıda qiymətlər daha baha olur. 
"Bu məsələdə kəndlini də qınamalı deyil. O öz məhsulunu ucuz sata bilməz. Belə ki, digər məhsulların hər birinin qiyməti qalxıb. Ona görə də məcburdur ki, məhsulu baha satsın. O baxımdan məhsulu baha satmağa çalışırlar ki, digər sahədə olan qiymət artımlarını konpensasiya edə bilsinlər". 

Oxşar xəbərlər