Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” - FOTO
23-06-2022, 13:11
1 822

Beş yaşlı Əfrasiyabın anası: “Oğlumu ölməyə qoymayın” - FOTO

Beş yaşlı Məcidli Əfrasiyab leykozdan (qan xərçəngi) əziyyət çəkir. 
Bu barədə onun anası Məcidova Tünzalə məlumat verib.
 
O bildirib ki, oğlu iki ildir bu xəstəliklə mübarizə aparır.
"Hazırda vəziyyəti ağırdır. Oğlumda həm də hepatit C var. Almaniyada qohumlarımız həkim də tapıb. Müalicə üçün bizə 50 min manat pul lazımdır. Mərhəmətli şəxslərdən bizə kömək etmələrini xahiş edirəm. Oğlumun sizlərin dəstəyinə ehtiyacı var. O hələ çox kiçikdir və 3 yaşından bəri bu amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. Əfrasiyabın hələ görəcəyi günlər qabaqdadır. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.
Əlaqə nömrəsi: 055 758 94 88

Oxşar xəbərlər