225 azərbaycanlı ermənilərin basdırdığı minaların qurbanı olub
23-06-2022, 13:28
1 859

225 azərbaycanlı ermənilərin basdırdığı minaların qurbanı olub

"10 noyabr 2020-ci ildən bugünədək 225 nəfər mina partlayışlarının qurbanı olub".
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.
ANAMA sədri qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub.
"Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir". 

Oxşar xəbərlər