İcra başçısı Azər Qocayev villasının altında trenajor zalı açdı? - ŞOK İDDİA
25-06-2022, 12:45
17 334

İcra başçısı Azər Qocayev villasının altında trenajor zalı açdı? - ŞOK İDDİA

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevlə bağlı maraqlı iddia ortaya atılıb.
32gun.az-a verilən məlumatda iddia edilir ki, Azər Qocayev yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki villasının  alt mərtəbəsini şəxsi istifadəsi üçün "trenajor zalı"na çevirib.
İddiaya görə, icra başçısı işə getməmişdən əvvəl  hər səhər idman edir.
Deyəsən icra başçısı "Sağlam bədəndə sağlam ruh olar" prinsipi ilə işə başlayır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Oxşar xəbərlər