"Azərbaycan türkün gücünü bütün dünyaya göstərdi" - Çavuşoğlu
27-06-2022, 13:02
1 982

"Azərbaycan türkün gücünü bütün dünyaya göstərdi" - Çavuşoğlu

"Üç qardaş ölkənin əlaqələrinin inkişafı region üçün vacib əhəmiyyətə malikdir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələr inkişaf etdirilir:
"Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik. Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi”,- Çavuşoğlu qeyd edib.

Oxşar xəbərlər