Cəmiyyət
27-06-2022, 17:58
7 033
““Dəmir yumruq” yenidən işə düşərsə, məsuliyyət Ermənsitanın üzərində qalacaq” - RƏY
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri ilk növbədə Silahlı Qüvvələrimizin yaranması günü ilə bağlı idi. Ali Baş Komandan əsgərlərimizlə, zabitlərimizlə bu günü birlikdə qeyd etmək istəyirdi və bu da təsadüfi deyil, ölkə başçısı doğum gününü də hərbçilərimizlə qeyd edir”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, səfər çərçivəsində ölkə Prezidenti bir sıra mühüm mesajlarla çıxış edib: “Bu, ilk növbədə Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm addımlara imza atması ilə bağlı idi. Bu ərazilərdə hər şey tamamilə sıfırdan başlanır. Böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, muzeylər, məscidlər tikilir, yollar və tunellər çəkilir. Bu, xalqımızın böyüklüyünün, dövlətimizin gücünün ifadəsidir. Cənab Prezident qeyd edib ki, Kəlbəcərdə də, Laçında da hər şeyi məhv edib dağıdıblar. Həmişə dediyi kimi, sanki bu ərazilərdən vəhşi bir qəbilə keçib. Bəlkə də psixiatrların məsələsidir, çünki ağlı başında olan insan belə bir addımı atmaz. Bilirdilər ki, bu torpaqlar onların deyil, onların olsaydı, bu cür vəhşiliklər törətməzdilər. Biz öz torpaqlarımıza qayıtmışıq və sahibləri bizik. Hər şeyi yenidən bərpa edirik, qururuq. Cənab Prezident bu səfərindəki çıxışı zamanı onu da vurğuladı ki, bugünkü reallıqda beynəlxalq hüquq, beynəlxalq qanunlar işləmir, “kim güclüdür, o, haqlıdır” prinsipi işləyir. Biz 30 il ərzində dəfələrlə səy göstərdik ki, problemlər sülh yolu ilə həllini tapsın, münaqişə nizamlansın, amma mümkün olmadı. Güc, hərbi yolla torpaqlarımızı geri qaytardıq. Ermənistanla olan bütün sərhədboyu ərazilərimizdə hərbi mətəqələrimiz formalaşır, hərbi hissələrimiz yaradılır. Bu baxımdan artıq sayca ikinci komando hərbi qüvvələrinin hərbi hissəsi də istifadəyə verildi. Bundan altı ay əvvəl isə Hadrut şəhərində belə yüksək səviyyəli hərbi hissə yaradılmışdı. Bu hərbi hissələr istənilən vəzifənin yerinə yetirilməsinə qadirdilər. Bu, gücümüzün potensialının ifadəsidir. Səfər zamanı Prezident, həmçinin onu da vurğuladı ki, bu, Ermənistandakı revanşistlər üçün dərs olmalıdır. Onlar ikinci Qarabağ müharibəsindən dərs çıxarmalıdırlar. Ermənilər Azərbaycana qarşı olan ərazi iddialarından, revanşist mövqelərindən geri çəkilməsələr, qarşılığında onları nə gözlədikləri haqqında fikirləşsinlər və unutmasınlar ki, “dəmir yumruq” yerindədir. Bu səbəbdən də “dəmir yumruğ”un yenidən işə düşməsinə görə bütün məsuliyyət Ermənsitan tərəfinin üzərinə düşə bilər. Qoy onlar bu reallığı nəzərdən qaçırmasınlar”.