“Nəqliyyat və regional kommunikasiyaların inkişafına istiqamətlənən bəyannamə böyük uğurdur”- - Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ
27-06-2022, 18:16
6 980

“Nəqliyyat və regional kommunikasiyaların inkişafına istiqamətlənən bəyannamə böyük uğurdur”- - Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ

“Azərbaycan-Türkiyə-Qazaxıstan formatının təşkil edilməsi hər üç dövlətin xarici siyasətinin böyük uğuru kimi qiymətləndirilməlidir”. 
 
Bu sözləri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli toplantısının nəticələrini şərh edərkən deyib. 
 
Deputat açıqlamasında qeyd edib ki, bu format çərçivəsində diqqətdə saxlanılan yeni məsələlər hazırki dünya reallıqları ilə bağlıdır. 
Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı  Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC
 
“Tarixdə ilk dəfədir ki, Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul olan dövlət rəsmiləri üçtərəfli görüş keçirib. Yeri gəlmişkən, görüşün sonunda hər üç dövlətin rəsmiləri nəqliyyat və regional kommunikasiyaların inkişafına istiqamətlənən bəyannamə imzalayıblar. Belə bir növbəti formatın əsasının qoyulması üç türk dövlətin – Türkiyə, Azərbaycan və Qazaxıstanın bir-birinə daha da yaxınlaşmasına müsbət təsirini göstərəcək”. 
 
Elman Nəsirovun sözlərinə görə, dünyanın üzləşdiyi yeni çağırışlar və təhdidlər kontekstində, eyni zamanda vəziyyətdən çıxış yollarının tapılması istiqamətində hər üç dövlətin öz səylərini birləşdirirməsi mühüm məsələdir. 
 
“Təbii ki, təhdidlər deyəndə ilk növbədi ərzaq böhranı nəzərdə tutulur.  Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda 9-cu Qlobal forumda çıxışında bu məsələyə xüsusi diqqət yetirib. Prezident qeyd edib ki, ərzaq böhranının qarşısının alınması üçün böyük dövlətlər və təşkilatlar önləyici və adekvat addımlar atmalıdır, bu böhranın fəsadlarını minumuma endirməlidir. Bu məntiqlə yanaşanda Azərbaycan, Türkiyə və Qazaxıstan təhdidlərə qarşı mübarizə prosesində öz səylərini bişləşdirməlidir”. 
 
Deputat bu sözləri də əlavə edib; “Cənab Prezident, həmçinin vurğulayıb ki, ərzaq böhranı qlobal miqrasiya probleminə gətirib çıxara bilər. Türkiyə bu sahədə çox böyük öhdəliklər götürməklə yanaşı geniş təcrübəyə malikdir. Düşünürəm ki, bu problemin həllinə də hər üç dövlət öz töhfəsini verə bilər”. 
 
E.Nəsirov üçtərəfli görüşdə imzalanan Bakı bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirərkən, üç dövlət arasında nəqliyyat və kommunikasiya xətlərinin müəyyənləşməsi istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsini labüd hesab edib. 
 
Bununla bərabər deputat hesab edib ki , Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli əməkdaşlıq regionda post-müharibə dövrünün problemlərinin həll olunmasında önəm rol oynamalıdır. 
 
“Xüsusilə, Qazaxıstanın bu prosesdə iştirakı çox vacibdir. Qazaxıstan Mərkəzi Asiyanın böyük dövləti olması ilə bərabər güclü iqtisadi potensiala malik olan dövlətdir. Eyni zamanda Qazaxıstan işğaldan azad edilən torpaqlarda yenidəqurma və bərpa işlərinə də töhfəsini verə bilər”.  
 
Sonda E.Nəsirov yeni üçtərəfli formatın növbəti görüşlərinin davamla olacağı, eləcə də bunun regionda sabitliyə, əmin-amanlığa və təhlükəsizlik mühitinin yaranmasına təsir olması barədə heç bir şübhənin olmadığını bildirib. 
 
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul olan nazirlər ilk dəfə üçtərəfli görüş keçiriblər. Görüşün sonunda hər ölkənin rəsmiləri nəqliyyat məsələləri ilə bağlı bəyannamə imzalayıblar.
 

Oxşar xəbərlər