Prezidentin pul ayırdığı xəstəxana təmir olundu, amma 6 aydır qapalıdır - AÇIQLAMA (YENİLƏNİB)
29-06-2022, 11:52
1 798

Prezidentin pul ayırdığı xəstəxana təmir olundu, amma 6 aydır qapalıdır - AÇIQLAMA (YENİLƏNİB)

Səhiyyə Nazirliyi Bakı şəhərində 2 saylı doğum evinin uzun müddətdir açılmamasına aydınlıq gətirib.
Nazirlikdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda gətirilən avadanlıqlar quraşdırılır və tənzimlənir:
"Son hazırlıq işləri tamamlandıqda xəstəxananın açılışı barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
***
13:45
Bakı şəhər 2 saylı doğum evində aparılan təmir işləri başa çatsa da, hələ də açılışı olmayıb.
2019-cu ildə İlham Əliyevin sərəncamı ilə Prezidentin ehtiyat fondundan sözügedən tibb müəssisəsinin təmiri üçün vəsait ayrılıb.  
Təmir işləri 2022-ci ilin yanvarında başa çatsa da, 6 aydır ki, açılış edilmir.

Oxşar xəbərlər