Cəmiyyət
29-06-2022, 13:45
2 005
"Milli və dini gərginliyin olmaması xalqın sifarişidir" - Elman Nəsirov
İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycanda milli və dini zəmində gərginliyin olmaması həm dövlətin, həm də xalqın sifarişidir:
"Əvvəla bunu qeyd edim ki, Azərbaycanda milli və dini zəmində heç bir ədavət və gərginlik yoxdur. Bunun da səbəbi Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi müəyyən edilməsidir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və ölkə prezidenti İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Həm də milli və dini zəmində bizdə ona görə hər şey qaydasındadır ki, bizdə multikulturalizm mühit şəraiti bir adət-ənənədir. Bu həm dövlət siyasətidir, həm də ictimai sifarişdir. Çünki xalqımız bunu belə istəyir. Biz çoxmillətli dövlətik, dini konvensiyalarımız var. Bu bizim zənginliyimizdir və bununla fəxr edirik. Eyni zamanda bu bizim böyük məsuliyyətimizdir. Biz məsuliyyəti dərk edirik ki, çoxmillətli və çoxkonvensiyalı dövlətik. Biz ailə kimi və harmonik yaşayırıq.
Ölkəmiz bu gün dünyaya təkcə neft və qaz ixrac etmir, həm də multikultural dəyərlər ixrac edir. Bu gün multikulturalizm Avropa ölkələrinin özündə də defistə çevrilib. Bir çox Avropa ölkələrində multikulturalizimin əleyhdarları formalaşıb və onlar Azərbaycanın təbliğ etdiyi multikultural dəyərlər ilə bağlı fərqli mövqeyə malikdirlər. Bu isə qəbuledilməzdir. Çünki dünyanın xilası multikulturalizm, milli, dini, etnik barışıqdan keçir. Bu olmayan yerdə dünyamız gərgin qalacaq və toqquşmalar üçün şərait yaranacaq. Bu reallığı dünyanın dini liderləri də qəbul edirlər.
Roma papası Azərbaycana son səfəri zamanı Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirdi. Azərbaycan dünyanın ən tolerant mərkəzlərindən biridir. Xüsusilə də vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini qeyd etmək istərdim.Roma papası İtaliyada məşhur kotoqombaların bərpasına görə bir çox dövlətlərə, təşkilatlara müraciət etsə də heç kim öz üzərinə götürmədi.Yalnız Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə katakombaların bərpa işi həyata keçirildi. Bu da onu göstərir ki, Azərbaycan həm milli dəyərlərimizi qoruyur, həm də beynəlxalq aləmdə milli və dini dəyərlərin müdafiəsinə böyük töhfə verir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyədəstəyi ilə hazırlanmışdır.