Qızılın qiyməti cüzi düşüb
30-06-2022, 21:36
9 296

Qızılın qiyməti cüzi düşüb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl cüzi ucuzlaşıb.

Nyu-Yorkun "Comex” birjasında qızılın avqust fyuçersləri 0,08% və ya 1,4 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 815,75 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,27% düşərək 1 unsiyası 20,683 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin düşməsinə ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması təsir göstərib. ABŞ-ın 10 illik "US Treasuries” istiqrazlarının gəlirliliyi 3,093%-dən 3,106% səviyyəsinə qalxıb.

Bundan başqa, investorlar ən böyük idxalçı olan Çinin statistik məlumatlarını diqqətdə saxlayırlar. Belə ki, iyun ayında Çinin istehsal sektorunda işgüzar aktivlik indeksi (PMI) 50,2 bəndədək artıb. Analitiklər isə artımın 50,5 bəndədək olacağını proqnozlaşdırırdılar.

Oxşar xəbərlər