“Cənab Prezident bir daha vurğuladı ki...” - DEPUTAT ŞƏRH ETDİ
1-07-2022, 11:09
2 215

“Cənab Prezident bir daha vurğuladı ki...” - DEPUTAT ŞƏRH ETDİ

“Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının sayca 6-cı Zirvə Toplantısı keçirilib. Bundan əvvəlki Zirvə Toplantısı 2018-ci ildə Qazaxıstanın Oktava şəhərində olub. Bu toplantıda çox mühüm bir qərar qəbul edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd imzalanmışdır: “Təəssüf ki, bu sənəd hələ ki, qüvvədə deyil. Səbəbi də odur ki, 5 Xəzəryanı dövlətlərin hər biri ratifikasiya etdikdən sonra sənəd hüquqi qüvvə ala bilər. Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan bu sənədi kondensiya ratifikasiya etsə də, İran hələ ki, gözləmə mövqeyindədir.
2010-cu ildə Azərbaycan dövləti sayca 3-cü belə bir toplantıya Xəzəryanı dövlətlərin dövlət başçılarının 3-cü sammitinə ev sahibliyi də etmişdir. Bu sammit çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı oldu və bu çıxışda bir sıra mühüm istiqamətlər üzrə cənab Prezident öz mövqeyini ifadə etdi. İlk növbədə vurğuladı ki, Xəzərdə təhlükəsizlik mühitinin formalaşması, Xəzərin təbii resurslarının qorunması, Xəzərdə fövqəladə halların qarşısının alınması onun nəticələrinin ləğv edilməsi və digər məsələlər üzrə vacib hüquqi normativ baza formalaşıb”.
Deputat sözlərinə belə davam edib: “Bundan sonra da biz Xəzər akvatoriyasında dövlətlər arasında əməkdaşlıq mühitinin genişləndirilməsinə gətirib çıxara biləcək addımlar atmalıyıq və söhbət ilk növbədə nəqliyyat, yükdaşımalar, logistika sahələrində əməkdaşlığın genişləndirilməsindən, bu sahədə məlum dəhlizlərin imkan və potensialının artırılmasından gedir. Cənab Prezident vurğuladı ki, bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu olduqca böyükdür. Təbii ki, bu fikrin çox böyük mənası və əhəmiyyəti var. Xüsusilə də Ukrayna böhranı fonunda Avropa ölkələrindən Asiya ölkələrinə gedən yüklərin artıq Rusiya ərazisindən keçməsi ilə bağlı müəyyən problemlər yaşanmaqdadır. Belə olan vəziyyətdə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti təbii ki artmış olur və ondan daha da səmərəli istifadə edilməsi məsələləri bu günləri böyük aktuallıq kəsb edir. Bu baxımdan da orta dəhliz deyilən bu nəqliyyat xəttinin inkişafı məsələlərinə xüsusi diqqət yetirdi.
Dəhlizlərdən danışarkən cənab Prezident Zəngəzur dəhlizi ilə bağlı məsələni qabartdı və vurğuladı ki, 44 günlük Vətən müharibəsində yenilməz ordumuz tarixi qələbəyə imza atıb, yeni reallıqlar yaradıb və reallıqlar fonunda Zəngəzur dəhlizinin işə salınması artıq labüd prosesdir. Bu baxımdan Zəngəzur dəhlizi həm də ki Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm komponenti kimi böyük əhəmiyyət və məna kəsb edir, eyni zamanda, cənab prezident Xəzər akvatoriasından danışarkən Xəzərin dayazlaşması məsələsinə də diqqəti cəlb etdi. Həqiqətən də ekspert rəylərinə görə artıq son bir-iki il ərzində Xəzərin 18 santimetr Xəzər suyunun dayazlaşması prosesi qeydə alınıb və bu proses getməkdədir. Ona görə də bu məsələlərə xüsusi diqqətin cəlb edilməsi, səbəblərin araşdırılması məsələsi böyük önəm və əhəmiyyət kəsb edir. İlk növbədə, cənab Prezident bir daha vurğuladı ki, 5 Xəzəryanı dövlət Xəzər regionunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atmalı, öz üzərinə götürdükləri öhdəlikləri ləyaqətlə icra etməli və Xəzər regionunun sülh təhlükəsizlik və əməkdaşlıq mühitinə çevirməlidir. Bu səfər çərçivəsində cənab Prezidentin həm də ki Rusiya prezidenti Vladimir Putinlə görüşü keçirildi. Həmçinin, İran və Türkmənistan prezidentləri ilə görüşü keçirildi, Qazaxıstan siyasi rəhbərliyi ilə təmasları oldu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan diplomatiyası bütün mümkün imkan və vasitələrdən istifadə edir ki, Azərbaycan beynəlxalq aləmdə, mövqedə daha da möhkəmlənsin və regionumuz tərəqqi edən bir məntəqəyə çevrilsin”.

Oxşar xəbərlər