Ceyhun Bayramov İrana gedir - Prezident səviyyəsində qəbul olunacaq
2-07-2022, 12:26
17 445

Ceyhun Bayramov İrana gedir - Prezident səviyyəsində qəbul olunacaq

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iranlı vəzifədaşının dəvəti ilə yaxın günlərdə Tehrana səfər edəcək.
"Fars News" xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.
Bu səfər zamanı C. Bayramov İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, ölkəmizin digər rəsmiləri, o cümlədən İran prezidenti İbrahim Rəisi və parlament sədri Məhəmməd Baqer Qalibafla görüşəcək və müzakirələr aparacaq.
Mənbə müzakirə olunacaq mətləbləri açıqlamayıb.

Oxşar xəbərlər