Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“
2-07-2022, 14:02
17 060

Rasim Balayev: “Qız gəlin gedəndə bilirdi ki...“

"İndiki gənclər sosial şəbəkədə yazışıb evlənirlər. Belə şey olar? Keçmişdə cütlüklər ailə qurarkən nəsil-nəcabətini yoxlayırdılar. Ona görə də boşanmaların sayı çoxalıb. Səbəb də soruşanda eyni sözü deyirlər, xasiyyətimiz tutmadı".
Bu sözləri Xalq artisti Rasim Balayev "APA TV"yə müsahibəsində deyib.
O, gənclərin boşanması barədə fikirlərini bildirib:
"O zamanki insanların istəkləri də az idi. Qız gəlin gedəndə bilirdi ki, oğlanın ata-anasına hörmətlə yanaşmalıdır. Bu gün elə deyil, indi aləm biri-birinə qarışıb. Əvvəllər məhəbbət var idi. O məhəbbət ailədəki çatışmazlıqları örtürdü. İndi bəzən hesabla ailə qururlar. Hətta müqavilə də bağlayırlar, ayrılanda 70 faizi sənin olacaq. Elələri var ki, gözünü qırpmadan "4-cü evliliyimdir" deyir. Özü də 4 dəfə təmtəraqlı toy edir. Bu, bizim nəslə çatmır".

Oxşar xəbərlər