Cəmiyyət
4-07-2022, 11:21
1 281
Zaqatalada leysan yağışları təsərrüfata ziyan vurub
Ötən gün axşam saatlarından başlayaraq yağan güclü leysan respublikamızın şimal-qərb bölgəsi rayonlarının ərazisindən axan dağ çaylarında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.
Zaqatalada güclü leysan nəticəsində rayonun bir neçə kəndində evlərin həyətyanı sahələrinə, əkin yerlərinə, fındıq bağlarına yağış suları dolub, fərdi təsərrüfatlara ziyan dəyib.
Güclü külək səbəbindən rayon ərazisində bir neçə yerdə iri gövdəli ağac aşıb.