Mərkəzi Bank “Nurgün Motors”u cərimələdi
4-07-2022, 15:51
7 225

Mərkəzi Bank “Nurgün Motors”u cərimələdi

Azərbayacan Mərkəzi Bankı “Nurgün Motors” MMC barəsində məhkəməyə müraciət edib.
İndex.az xəbər verir ki, Mərkəzi Bank “Nurgün Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nəsimi Rayon Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Mənbə – Banker

Oxşar xəbərlər