Azərbaycandan Ukraynaya humanitar yardım göndərdi - YENİLƏNİB
5-07-2022, 10:55
1 684

Azərbaycandan Ukraynaya humanitar yardım göndərdi - YENİLƏNİB

Azərbaycan Ukrayna xalqına növbəti humanitar yardım göndərib.
Humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb.
Yardım Çerkassı şəhər əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.
***09:05
Sumqayıt Ukraynaya humanitar yardım göndərir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.

Oxşar xəbərlər