Metroda insanları hədələyən şəxsdən AÇIQLAMA - YENİLƏNİB (VİDEO)
5-07-2022, 15:55
7 558

Metroda insanları hədələyən şəxsdən AÇIQLAMA - YENİLƏNİB (VİDEO)

Metroya çəkiclə ilə daxil olaraq insanları təhdid edən şəxs yeni videosunu paylaşıb.
O, kəsici aləti nümayiş etdirib və yenidən cinsi azlıqları hədələyib.
***
14:09
Bakı metrosunda balta ilə gəzən şəxs peyda olub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
O bildirib ki, əgər qarşısına qaşını alan şəxs çıxsa, onun başını kəsəcək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov qeyd edib ki, polis tərəfindən metropolitendə bir nəfərin canlı yayım açaraq izləyicilərinə balta ilə gəzdiyini iddia edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülür. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Oxşar xəbərlər