"Bu evdə şəhid əmim qalıb" - Ramana sakininin Prezidentlə dialoqu (VİDEO)
6-07-2022, 17:16
7 906

"Bu evdə şəhid əmim qalıb" - Ramana sakininin Prezidentlə dialoqu (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezidentə məlumat verib.
Prezident Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.
Həmin söhbəti təqdim edirik:
Prezident İlham Əliyev: Salam, necəsən?
Sakin: Sağ olun, yaxşıyam.
Prezident İlham Əliyev: Sənin evindir?
Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.
Prezident İlham Əliyev: Çox sağ ol.
Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.
Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?
Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.
Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?
Sakin: Bəli, cənab Prezident.
Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.
Prezident İlham Əliyev: Çiyələkdir?
Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.
Prezident İlham Əliyev: Çox yaxşı.
Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.
Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.
Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.


Oxşar xəbərlər