Ramiz Əskərin ailəsində faciə
7-07-2022, 10:21
1 650

Ramiz Əskərin ailəsində faciə

Tanınmış yazıçı-publisist, BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru Ramiz Əskərin ailəsində faciə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ramiz Əskərin qızının həyat yoldaşı Öndər Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.
Belə ki, yaşadığı evin həyətindəki işıq dirəyində lampanı dəyişmək istəyən Öndər ehtiyatsızlıqdan yıxılıb. Başından ağır xəsarət alan şəxs vəfat edib.
Qeyd edək ki, Ramiz Əskərin qızı xeyli müddətdir ailəsi ilə birgə Türkiyədə yaşayır.

Oxşar xəbərlər