Beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün istintaqı tamamlandı
7-07-2022, 12:49
2 030

Beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün istintaqı tamamlandı

Ötən ilin oktyabrında aeroport şosesində 5 nəfərin ölümünə səbəb olan yük avtomobilinin sürücüsü Mahmud Əzizovla bağlı istintaq tamamlanıb.
Qafqazinfo xəbər verir ki, onun barəsindəki cinayət işi üzrə materiallar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Məhəmməd Əkbərov sədrlik edəcək.
Qeyd edək ki, hadisəzamanı Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə  paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurmuşdu. Qəza nəticəsində avtobus yol kənarındakı dayanacaqda gözləyən insanların üstündən keçmişdi. Hadisə zamanı dayanacaqda gözləyən şəxslərdən 4 nəfər, avtobusdakı sərnişinlərdən isə bir nəfər ölmüşdü. Dayanacaqdakı 25 nəfər isə xəsarətlər almışdı.
Qəzanı törədən M.Əzizovun 19 yaşı olub. Onun sükan arxasında yatdığı üçün qəzaya səbəb olduğu bildirilir.

Oxşar xəbərlər