Elman Nəsirov: “Cavid Osmanovun Pərvin Abıyeva ilə sevgili olma xəbərini Milli Şura uydurub”
7-07-2022, 14:14
7 512

Elman Nəsirov: “Cavid Osmanovun Pərvin Abıyeva ilə sevgili olma xəbərini Milli Şura uydurub”

“Tik Tok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib. 

Millət vəkili haqqında yayılan məlumatlarla bağlı Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a fikirlərini bölüşüb. 
Deputat vurğulayıb ki, məlum olay Milli Şuranın depuatata qarşı təşkil etdiyi qarayaxma kampaniyasıdır:

“Bu gün çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, radikal müxalifət o qədər zəifləyib, o qədər aciz duruma düşüb ki, artıq öz rəqiblərinə qarşı mənəvi terror siyasətinə əl atmağa məcbur olub. Beynəlxalq terrorizm üzrə ekspertlərin gəldiyi qənaət bundan ibarətdir ki, terrorçuluq zəiflərin silahıdır. Bu günləri iqtidarın tanınmış simalarına qarşı, millət vəkillərinə qarşı radikal müxalifətin, Milli Şuranın təşkil etdiyi qarayaxma, şər-böhtan kampaniyası dediklərimizi təsdiqləyir. Öz mahiyyəti etibarilə anti-milli olan bu ünsürlər, xüsusilə də Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatlarını hədəfə alır, sosial şəbəkələrdə onlar əleyhinə yalanlar, iftiralar uydurur. Onlara mənim yazığım gəlir. Çünki onlar o qədər zəifləyiblər ki, o qədər aciz duruma düşüblər ki, simmetrik mübarizə apara bilmirlər və assimmetrik mübarizə yolunu seçiblər. Ancaq bununla da, heç nəyə nail olmaq olmaz. Bir sabun köpüyü kimi onların bu uydurmaları da parçalanır, gedir. Çox təəssüf ki, bu dəfə isə Yeni Azərbaycan Partiyasından fəal deputatlarından olan Cavid Osmanovun hədəfə alıblar”.



Deputat vurğulayıb ki, bu qüvvələrin şər-böhtan kampaniyasına başlamaqlarının səbəbi də açıq-aydın bəllidir:

“Bunun səbəbini mən bilirəm. Səbəbi onunla bağlıdır ki, Cavid Osmanov anti-milli ünsürlərə qarşı hər zaman mövqeyini bildirib, açıq və kəskin mövqeyini ifadə edib. Dövləti, dövlətçiliyi hər zaman təbliğ edir, müdafiə edir. Cənab İlham Əliyevin siyasətinin əsas təbliğatçılarından biridir. Onlar düşünürlər ki, belə olan vəziyyətdə necə edək ki, Cavid Osmanovu susduraq? Başqa imkanları yoxdur, intellekt yox, savad yox, sosial baza yox. Belə olan vəziyyətdə şər-böhtan ənənəvi yolla mübarizə üsullarını yenidən işə salırlar. Necə deyərlər, onlar o anlamda davranırlar ki, şayiənin, yalanın miqyası nə qədər böyük olsa, uydurma nə qədər miqyas etibarı ilə geniş olsa, ona inananlar çox olar. Bax, həmin məntiqi seçiblər. Ancaq Cavid müəllimə belə şeylər yapışmaz. Bir daha qeyd edirəm ki, mən Cavid Osmanovu çox yaxşı tanıyıram. Özüm vaxtilə Göyçay, Ağdaş seçki dairəsində deputat seçilərkən də, Cavid müəllim o zaman Yeni Azərbaycan Partiyasının Ağdaş rayonunda sədri idi. Ona görə də, onu çox gözəl tanıyıram. O, tərbiyəli, qabiliyyətli, savadlı, dövlətinə, dövlətçiliyinə, prezidentinə bağlı insandır, əqidəli insandır. O, Heydər Əliyev siyasətinə sadiq insandır. Açıq şəkildə də anti-milli ünsürlərlə mübarizə aparır. Çıxışlarında, məqalələrində, müsahibələrində, xüsusilə parlamentdəki çıxışlarında bunları açıq şəkildə söyləyir. Lakin bu, həmin o radikal siyasətçilərin yuxusuna haram qatıb. Ona görə də, bu dəfə də Cavid müəllimi onlar hədəfə alıblar”. 

E.Nəsirov əlavə edib ki, onun özünü də dəfələrlə hədəfə alıblar:

“Dəfələrlə mənə qarşı yalanlar, iftiralar yayıblar. Mən həmişə söyləmişəm ki, sizin mənə qarşı apardığınız bu kampaniyayaa stimul kimi yanaşıram və ondan sonra daha da qətiyyətlə, daha da əzmkarlıqla mübarizə aparıram. Bunu yaxşı bilirlər. Bu dəfə isə Cavid müəllimi hədəf alıblar, ancaq heç bir halda məqsədlərinə çata bilməyəcəklər. Yeganə bir fərqi var ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanda çox zəif bir müxalifət var. O müxalifətin ki, sosial bazası demək olar ki, yoxdur və onların heç bir niyyətinin reallaşması mümkün deyil, yaxud da reallaşma əmsalı sıfıra bərabərdir”.

Oxşar xəbərlər