“Bizim yığımla bağlı göstəricilər daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 mln. üzərindədir. Onu görə də, bizim yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”, - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat”a artıq xüsusi müraciətlər edilib.
“Yay aylarında satışlarımızın az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti proqramı, qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur, ona görə də biz “Azəristiliktəchizat” bununla bağlı müraciət etmişik”, - baş direktor əlavə edib.
Ruslan Əliyev əlavə edib ki, 300 artıq qazpaylayıcı stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir. Bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.
“Bizim həm əməkhaqqı fondumuz artır, həm gələcəkdə təmir-tikinti işlərimiz artır, bununla da bağlı heç bir tarifə də bir dəyişiklik olmur, ona görə də biz maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”, - Ruslan Əliyev vurğulayıb.