“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24-09-2020, 19:15
224

“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”

Moderator.az-a daxil olan məlumata görə əməkdar artist Almaz Ələsgərli qalxanabənzər vəzidəki şişdən əziyyət çəkir. 

Dünən xəstəxanadan evə buraxılan müğənni bir neçə gün Milli Onkologiya Mərkəzində boğazı üçün yod qəbul edib. 

Moderator.az-ın əməkdaşı yayılan xəbərlərin nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək üçün müğənniylə əlaqə saxlayıb və o, bunu təsdiqləyib:

“Səhhətimdə problem var idi, əməliyyat olundum, həkimlər bu problemi aradan götürdülər.  Şükür, indi səhhətim yaxşıdır. Evdəyəm istirahət edirəm. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”.

Vasif Əlihüseyn

Oxşar xəbərlər