Ayan yüz minlərlə pul batırdı
8-07-2022, 16:18
7 179

Ayan yüz minlərlə pul batırdı

Müğənni Ayan Babakişiyeva biznesində yüz minlərlə pul batırdığını etiraf edib.
Bu barədə o, “10-da görüşək” verilişində danışıb:
“İstirahətdən foto paylaşanda deyirlər ki, “bunun pulu hardandır?” Fikir vermirəm. Mənim biznesim var. Ağıllı insanam. Müğənnilik gəlirli sənətdir, tədbirlərimiz, məclislərimiz olur. Amma elə aylar var ki, heç bir şey qazanmırsan. Normal, dərrakəli insan kimi düşünürəm ki, başqa sahayə də yönəlməliyəm. Mənim də uğurlu olmadığım vaxtlar oldu. O qədər pullarım batdı. O demək deyil ki, bir bizneslə hər şeyi düzəltmişəm. Gəncədə gəlinlik biznesim var idi, orada yüz minlərlə pul batdı”. 

Oxşar xəbərlər