Cəmiyyət
8-07-2022, 17:37
7 018
“Hər şey bahalaşıb, müğənnilər ucuzlaşıb” - Samirə Yusifqızı
“Qiymət artımından danışılası deyil, hər gün müşahidə edirəm. Hər yerdə qiymətlər qalxıb...”
Bu sözləri Yenisabah.az-a meyxanaçı-müğənni Samirə Yusifqızı deyib.
Qiymət artımından danışan ifaçı artıq el şənliklərində də vəziyyətin əvvəlki kimi olmadığını bildirib:
“Başqa həmkarlarımı bilmirəm, amma mən bazarlığa özüm gedirəm və artımı aydın görürəm. Belə vəziyyətdə toyların qiyməti daha da düşüb. Hər şeyin qiyməti bahalaşsa da, müğənnilərin qiyməti ucuzlaşıb. Çox bərbad və biabırçı vəziyyətdir. Əvvəllər proqrama gedib aldığımız pula indi heç nə etmək olmur. İnsanlar müğənniləri xüsusi olaraq toylara çox nadir hallarda çağırırlar. Onları imkanlı şəxslər toylarına gətizdirir. Ümumilikdə isə heç kəs müğənnini toyuna tək çağırmır, heç kəs özünü yuxarıdan aparmasın ki, mən proqrama getmirəm. Hamı proqramlara gedir və onunla dolanır. O proqramlarda da çox cüzi məbləğ verilir, onunla əvvəllər heç olmasa benzin vurub bazara çıxıb nə isə ala bilirdik, indi heç onu da edə bilmirik. Pandemiyadan sonra belə oldu, əvvəldən belə deyildi”.
Sənətçi pandemiyadan sonra vəziyyətin uzun müddətdir ürəkaçan olmadığını qeyd edib:
“İndi Məhərrəmlik qabağıdır, hamı deyir ki, “toy sezondur”. Amma vəziyyət belə deyil, şəxsən öz müşahidələrimi deyirəm, nə rayon toyu, nə də kənd toyu var. Həmişəki kimi proqramlar olur, elə yanvar-fevral ayında da belə idi. Heç bir dəyişiklik yoxdu. Əvvəllər bu aylarda bilirdin ki, 3-4 qıraq toya dəvət alıb qonorarını alacaqsan, indi isə belə deyil. Əsla əvvəlki kimi deyil. Əksinə, proqramların qiymətlərini salıblar. Deyəndə də cavab verirlər ki, “O qədər müğənni var ki, acan gedər, susayan gələr. Sən gəlmirsən, başqası gələr”. Camaatın vəziyyəti yaxşı deyil, onları müğənnilər maraqlandırmır. Onlara sənin-mənim oxumağım maraqlı deyil, millət fikirlərşir ki, toy edim pulumu yığım, gedim qızımın cer-cehizini, ya oğlumun qızılını alım. Çox biabırçı vəziyyətdir. Günbəgün qiymətlər qalxır, inanın, dünən aldığım məhsula bu gün baxanda görürəm ki, 30-40 qəpik artım var”.
S.Yusifqızının sözlərinə görə, belə vəziyyətdə yenidən karantin rejimi tətbiq edilsə, ölkədə əhalinin vəziyyəti kəskin pisləşəcək:
“Əsas odur ki, ölkədə sakitlik, sülh olsun. İnsanlar dinc yaşasınlar. Başa düşürük ki, alınan torpaqlarımızda abadlıq işləri gedir. Oraların düzəlməsi üçün biz hər şeyə dözərik təki salamatlıq, sülh olsun, yenidən pandemiyaya, karantinə qayıtmayaq. İnanın ki, bu dəfə karantin olsa, toylara qadağa qoyulsa, insanlar davam gətirə bilməyəcəklər. Bəlkə də ölümlərin sayı artacaq, insanlar canlarına qıyacaq. Şəxsən mən ona dözə bilmərəm. Eybi yoxdur, kasıblıqla, əziyyətlə yola verərik, amma sərt karantin olmasın. İnanıram ki, yavaş-yavaş hər şey düzələcək. Hamımıza bəllidir ki, ərzaqların çoxu Rusiyadan, Ukraynadan gəlirdi, orada indiki vəziyyəti bilirik. Başa düşürük ki, qiymət artımı bununla bağlıdır. Biz hər şeyə dözərik, təki pandemiya qayıtmasın, insanlar bu dəfə havalanar, vallah, heç kəs buna tab gətirməz”.