Türkiyədə zəlzələ olub
24-09-2020, 18:04
277

Türkiyədə zəlzələ olub

Bu gün saat 17:38-də Türkiyənin İstanbul şəhərinin yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı Mərmərə dənizində sahildən 18,87 km məsafədə 6,83 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələ İstanbulda hiss olunub.

Oxşar xəbərlər