“Həyatını “qoyun” kimi yaşayanlar…” – Xatirədən sərt açıqlama
11-07-2022, 16:38
8 107

“Həyatını “qoyun” kimi yaşayanlar…” – Xatirədən sərt açıqlama

 “Bir “Mercedes”in puluna bilet almışam, səs küyə baxın” sözlərinə görə dünəndən tənqidlərə məruz qalan müğənno Xatirə İslam susqunluğunu pozub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında tənqidlərə cavab verən ifaçı haqqında yazılanlara sərt reaksiya verib:
“Allah burada olan gözəlqəlbli insanları qorusun. Aramızda məsləhət verməyi sevən ağılsız, savadsız, dünya görüşü sıfırın altında olan və həyatını “qoyun” kimi yaşayanlar təəssüf ki, çoxdur”.
X.İslam bundan sonra şərh bölümünü bağlayacağını da bildirib:
“Bu aqressiya isə yalnız sənət adamlarınadır. Həzmə kömək edən dərmanlar için, sakitləşdiricidən istifadə edin. Bu gündən şərh bölümünü bağlamağa qərar verdim”.

Oxşar xəbərlər