DİN özünü yandıran qazinin dəfnində insident yaşanması məlumatına reaksiya verdi
12-07-2022, 15:49
7 377

DİN özünü yandıran qazinin dəfnində insident yaşanması məlumatına reaksiya verdi

Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar əsassızdır:
"Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.
Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb". / Report


Oxşar xəbərlər