Yeni icra başçısı daha bir vəzifəli şəxsi işdən çıxardı
25-09-2020, 10:34
235

Yeni icra başçısı daha bir vəzifəli şəxsi işdən çıxardı

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.
Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri - baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyə təyin olunduqdan sonra iki müavinini və iki şöbə müdirini işdən çıxarıb. (report)

Oxşar xəbərlər