Deputat: “Məmurlar qazilərlə ünsiyyətdə daha həssas olmalıdır”
14-07-2022, 18:48
7 607

Deputat: “Məmurlar qazilərlə ünsiyyətdə daha həssas olmalıdır”

Son günlər Azərbaycanda Vətən müharibəsi iştirakçıları və qaziləri arasında intihar halları artıb.
Sonuncu belə hadisə Sabirabad rayon sakini “Mauqili” ləqəbli XTQ hərbçisi, İkinci Qarabağ qazisi Elvin Cəfərov iyulun 10-da İcra Hakimiyyəti qarşısında özünü yandırıb. İki gün sonra iyulun 12-də isə Elvin CƏfərov aldığı yanığ xəsarətlərindən dünyasını dəyişib. Bu hadisə sosyal şəbəkələrdə müzakirə obyektinə çevrildi. Səbəb nədir? Nəyə görə döyüşdən sağ-salamat qayıdan əsgər və zabitlər intihar yolunu seçir?
Elman_Nəsirov,_2020
Məsələ ilə bağlı “Qərb Xəbər”ə açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bəzən ayrı-ayrı halları böyüdüb ölkə miqyasında sanki şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlətin diqqəti qayğısı yoxmuş kimi təqdim etmək cəhtləri olduğunu deyib: “Reallıq ondan ibarətdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin təyin etdiyi siyasətin mərkəzində insanların sosial rifahı dayanır. Cənab Prezident şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqətini göstərir. İndiyə qədər təxminən 13 minə qədər şəhid ailəsi və qazilər mənzillərlə təmin olunub. 7400-dən artıq qazilərə avtomobil verilib. Eyni zamanda dövlətimizin rəhbəri müəyyən edib ki, bir nəfər də olsa şəhid ailəsi və qazi evsiz qalmayacaq. Bütün qazilər avtomobillə təmin olunmalıdır. Amma müəyyən məmurlar qazilərə münasibətdə qeyri-adekvat bir davranış ortaya qoyurlar”.
Deputat bildirib ki, qazilər müharibənin od alovundan keçmiş qəhrəmanlardır: “Təəssüf ki, qazilərin sinir sistemində ciddi problemlər ola bilər, əsəb sistemi korlanmış ola bilər, onlar kantuziya almış vəziyyətdə ola bilər və onlarla ünsiyyətdə olarkən bütün bu reallıqlar nəzərə alınmalıdır. Amma bəzi məmurlar özünü elə aparır ki, qarşısında olanında əsəb sistemi onun əsəb sistemi ilə eyni vəziyyətdədir. Onlarda həssas kateqoriyalı insanlardırlar və bir çox hallarda əsəb sisteminin yerində olmadığı üçün onların özlərinə qəsdinə gətirib çıxara bilir”.
Bundan başqa Elman Nəsirov sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə səslənib: “Sizin bu saytın yaratdığı imkandan istifadə edib, sosial şəbəkə istifadəçilərinə və bir çox jurnalistlərə deyirəm ki, özünü yandırmağa cəhd edən şəxsin video görüntülərini çəkməkdənsə, gedib bu hərəkətinin qarşısını almaq lazımdır. Onun üzərinə su tökmək lazımdır ki, yanğınının qarşısı alınsın. Amma əlində telefon kənardan yanma prosesini çəkir və bununla özünü qəhrəman sayır. Mən hesab edirəm ki, bu münasibətin özündə cinayət əməli var. Yanan insanı söndürmək lazımdır, onu çəkmək vəzifə borcu deyil”.
eh
Əhməd Qəşəmoğlunun sözlərinə görə isə intihar hadisəsi özü elə-belə sadə məsələlərdən deyil: “İnsanın öz fərdi, şəxsi xüsusiyyətləridir. Hər adam intihar edə bilməz, xüsusi psixolojisi olan insanlarda intihar hadisəsi çox olur. Amma mühit elə olur ki, ya intihara meyillilik yaranır yada ki bloklaya bilir. İntihar etmədə 4 mühüm amil rol oynayır. Birincisi insanın xüsusiyyəti. İkincisi mühit. Üçüncüsü insanın aldığı informasiyanın məzmunu, informasiyanın intensivliyi. Və dördüncüsü o insanların üstünlük verdiyi dəyərlər. Bu 4 amil bir yerdə olanda bunu təhlil edəndə intiharı aydın başa düşmək olar ki, niyə baş verib. Amma intihar hadisəsinin baş veməsində 2 amil burada mühüm rol oynayır: İnsanı sabaha ümidi nə qədərdir, sabah açılanda nə gözləyir. İndiki cəmiyyətdə özünü nə qədər tətbiq edib Bu dediyim faktorların hamısını bir yerdə təhlil etmək lazımdır. Bunların bir mərkəzi olmalıdır. təhlil olunlamlıdır. Azərbaycanda 20-30 ildir mən deyib mən eşidirəm. Heç deyən yoxdur ki, cəmiyyət gündən-günə mürəkkəbləşirsə, gündən- günə həssaslaşırsa bu məsələləri təhlil edən elmi mərkəzlər olmalıdır. Bu ölkədə bunu heç kim eşitmək istəmir ”.
Sosioloq bildirib ki, artıq 2 ilə yaxındır müharibə qutarıb, hər hansı bir uyğun qurum o qazilərin özləri haqqında ətraflı məlumat toplamalı idi: “Psixoloji xüsusiyyətləri nə yerdədir, psixoloji problemləri var, hansı mühitdədirlər, bu problemlərin hansı intihara sürətləndirə bilər. Onlarla sosial işcilər, psixoloqlar söhbət etməlidirlər. Bunlar hamısı elmi iş olmalıdır cəmiyyət tələb edir. Məmur olmaq ağıllı olmaq deyil. Mən müsahibə vermişəm 30-dan çox hansı qurum maraqlanıb, məni çağırıb ki, beynəlxalq səviyyədə tanınan alim bu qədər müsahibə verirsən ayrı biz neyniyək, bu xidməti nə cür qoyaq. Ökədə ağıllıdı çünki o məmurdur. Nə olsun məmurdur mütəxxəssisə ehtiyacın var, mütəxxəssislə işləməlisən, bir yerdə bu şeyləri elmi tərəfindən həll etməlisən. Bu iş yoxdur ona görə məsələdə təəssüf ki, günü gündən gənclərin müsbət kateqoriyaları arasında da, qazilər arasında da intihar hadisələri artıb bu çox olduqca xoşa gəlməz bir haldır”.

Oxşar xəbərlər