Cəmiyyət
15-07-2022, 16:16
8 075
Azərbaycanda sərt karantin rejimi bundan başlayacaq
“Payız mövsümi yaxınlaşanda qrip viruslarının sayı artır. Bu xüsusda COVID-19 infeksiyasına yoluxma sayında artım ola bilər. Ona görə də qabaqlayıcı addımların atılması zərurətə çevrilib. Açıq desək, yenidən maskaya qayıdışın olması gözləniləndir. Biz bunu istəməsək belə reallıq bunu diktə edə bilər”.
Bunu Cebhe.info-ya son günlər dünyada və ölkəmizdə koronavirusa yoluxma hallarının artmasına münasibət bildirərkən deputat Elman Nəsirov deyib.

Deputat dünya ölkələrinin və səhiyyə qurumlarının əvvəldən buna işarə etdiklərini vurğulayıb:
“Dünya postpandemiya dövrünə hazırlaşmaqda idi. Pandemiya dövrünün başa çatdığını, postpandemiya dövürünün başladığını sakit şəkildə, xəfifcə deyirdilər. Amma 100 faiz əminlik yox idi. Bu da özünü doğrultmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri artıq koronavirusa yoluxma hallarının artması ilə bağlı həyəcan təbili çalmağa başlayıb. Hətta vurğulayıb ki, yenə də əvvəlki kimi maskalardan istifadə etmək zərurəti yaranıb. Dünyanın bir sıra ölkələrində olduğu kimi ölkəmizdə də yoluxma sayında müəyyən artım dinamikası özünü göstərir”.
Elman Nəsirov bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsveç Krallığının səfirini qəbul edərkən tibbi maskadan istifadə etməsinə də münasibət bildirib:
“Bu gün Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov İsveç Kralllığının səfirini qəbul edərkən hər ikisinin maskada olması dediklərimizi təsdiq edir. Yəni onlar ÜST-ün rəhbərinin qoyduğu məsələyə adekvat davranış nümayiş etdiriblər. Bütün bu reallıqları nəzərə alsaq, mənə elə gəlir ki, operativ olaraq bu məsələyə artıq müvafiq dövlət qurumunun müdaxilə edəcəyi istisna deyil. Təbii ki, insanlar bunu istəmirlər, pandemiyanın yaratdığı çətinliklərdən bezib, yorulublar. Əgər dünya yenidən tibbi maskalara keçəcəksə, bu və ya digər məhdudiyyətlərə əl atmaq məcburiyyətində qalacaqsa, biz də dünyanın tərkib hissəsiyik. Bizdə də analoji addımların atılması istisna deyil”.
Millət vəkili budəfəki dalğada insanların immunitetinin daha möhkəm olduğunu qeyd edib:
“Ümidimiz var ki, pandemiyanın pik nöqtələrini yaşadığımızdan və insanlarımız 3-4 dəfə koronavirusa qarşı peyvəndləşmə prosesini keçdikləri üçün insanların mütləq əksəriyyətində immunitet yaranıb. Yenidən COVID-19 geri qayıtsa, genişlənsə insanların budəfəki müqaviməti daha güclü olacaq, ölüm-itim halları daha az baş verə bilər. Mən belə nikbin proqnozlaşdırıram. Hesab edirəm ki, insanlarda bu xəstəliyə qarşı müqavimət daha böyükdür”.