"Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar” - ABŞ Dövlət katibi
17-07-2022, 10:49
9 921

"Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar” - ABŞ Dövlət katibi

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisdəki görüşünə münasibət bildirib.
Blinken bu barədə “Twitter“ hesabında paylaşım edib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdı. Birbaşa dialoq Azərbaycan və Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur",- deyə paylaşımda qeyd olunub.

Oxşar xəbərlər