Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
18-07-2022, 20:42
9 273

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

Azərbaycanda 44 nəfər İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş şəxs var.
Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.
Ümumilikdə 1988-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9806 nəfər qeydiyyata götürülüb. Onlardan (9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi) şəxslərdir. İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır.
Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Oxşar xəbərlər