Bakı-Sumqayıt yolunun kənarında kol-kos və ağaclar yanır
18-07-2022, 13:33
7 652

Bakı-Sumqayıt yolunun kənarında kol-kos və ağaclar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
FHN-in saytı xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər