Çingiz Əhmədovun oğlunu hava limanında terrorçu bilib saxlayıblar - VİDEO
20-07-2022, 10:37
1 629

Çingiz Əhmədovun oğlunu hava limanında terrorçu bilib saxlayıblar - VİDEO

Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz uzunsaç stilinin onun başına bəla olduğunu deyib.
 
Bu haqda "Söhbət var" proqramında danışan aktyor Türkiyədə polislərin onu terrorçu bilib saxladıqlarını söyləyib:
 
"İzmirdən qayıdanda 6 ay dırnaqlarımı, saçımı kəsmirdim, üzümü qırxmırdım. Hava limanında 3 polis maşını saxladı, çamadanlarımı yerə atdılar. Başladılar ki, nə işlə məşğulsan, hava limanını partladacaqsan. Başa salmağa çalışıram ki, aktyoram. İnstaqramıma baxmaq istədilər. Görəndən sonra çamadanlarımı yığdılar". 
 

Oxşar xəbərlər