Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB
20-07-2022, 14:13
1 819

Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB

Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu sərbəst buraxılıb.
Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
***
12:51
Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.
Nigar Həzi aksiyada bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.

Oxşar xəbərlər