Gündəlik yoluxma sayı 300-ü keçdi, 2 nəfər öldü
21-07-2022, 16:41
7 295

Gündəlik yoluxma sayı 300-ü keçdi, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.
Ölkədə son sutka ərzində 3 484, hazırkı dövrədək isə 7 015 080 test aparılıb.
  • Gündəlik yoluxma sayı 300-ü keçdi, 2 nəfər öldü

Oxşar xəbərlər