Nobel mükafatının qalibləri əlavə 1 milyon alacaqlar - Rəsmi
25-09-2020, 14:37
199

Nobel mükafatının qalibləri əlavə 1 milyon alacaqlar - Rəsmi

Nobel mükafatının dəyəri 1 milyon İsveç kronu (SEK) artırılacaq. 
Bakıtv.az xəbər verir ki, bu barədə Nobel Vəqfi açıqlama verib. Açıqlamaya görə, mükafatı qazananlar bu il əlavə 1 milyon kron alacaq.
Bildirək ki, Vəqfin maliyyə vəziyyətini gücləndirmək üçün son illərdə aparılan işlər mükafatın miqdarını artırmağa imkan verib:
"Nobel Vəqfinin İdarə Heyəti 2020-ci il Nobel mükafatının mükafat kateqoriyası başına 10 milyon SEK təşkil etməyə qərar verib. Bu, ötən illə müqayisədə 1 milyon SEK artım deməkdir".(Yenisabah.az)

Oxşar xəbərlər