“Rabitəbank” məhkəməlik oldu
22-07-2022, 18:27
7 332

“Rabitəbank” məhkəməlik oldu

“Rabitəbank” ASC “Nelfood” MMC-ni məhkəməyə verib.
32gun.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 22 avqustda iş üzrə hazırlıq iclası keçiriləcək.
Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.
Məlumata görə, nizamnamə kapitalı 10 AZN şirkətin qanuni təmsilçsi Vüsal Qələndərov Həsən oğludur. 
“Rabitəbank”a gəlincə, ASC 1993-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı  101 300 077.20 AZN olan bankın qanuni təmsilçisi Hüseynov Aydın Hüseyn oğludur.
“Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, Azərbaycan Sənaye Korporsiyasının vitse-prezidentidir.

Oxşar xəbərlər