Külək olacaq: Çimərliklərlə bağlı xəbərdarlıq
23-07-2022, 17:46
18 338

Külək olacaq: Çimərliklərlə bağlı xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə  yağış yağacağı gözlənilir. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-32°  isti, Bakıda gecə 22-24° isti, gündüz  30-32° isti olacaq.  Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-75  % olacaq.
Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     
Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz  16-20° isti olacaq.

Oxşar xəbərlər