Prezident icra başçısı təyin etdiyi Elvin Paşayev kimdir? - Dosye
25-07-2022, 13:15
2 147

Prezident icra başçısı təyin etdiyi Elvin Paşayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elvin Nazim oğlu Paşayev bu vəzifəyə kimi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və  İnsan resursları şöbəsinin müdiri olub.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı olan E.Paşayev daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E. Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.
Elvin Paşayev 2020-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Oxşar xəbərlər