Cəmiyyət
25-07-2022, 17:26
7 632
“Efirlərə çıxan psixoloqların psixologiyadan xəbərləri yoxdur” - Samirədən qalmaqallı sözlər
“Ümumiyyətlə, psixoloqun kimliyini, nə iş gördüyünü hələ doğru bilənlər yoxdur”.
Bunu “Yeni Sabah”a seans qiyməti yüksək olan psixoloqların adları arasında yer alan Samirə Bağırova deyib.
O, bildirib ki, bu gün efirlərdə ekspert qismində olan psixoloqların psixologiyadan məlumatları yoxdur:
“Psixoloq sahəsində çalışaraq, psixoloqun vəzifəsinin nə olduğunu bilməyən psixoloqlar da var. Bunu tv proqramlardan "ekspert" qismində verilişlərə dəvət olunan psixoloqların davranışlarından açıq şəkildə görmək olar. Üstəlik, bizim psixoloqları türk psixoloqlarla müqayisə edənlər də var. Dil və dinin eyni olması psixologiyanın da eyni olması demək deyil. Yenilik öyrənə bilərik, amma yanaşma eyni olmalı deyil. Psixoloq kimlərə deyilir?
Hadisələrin fərqli tərəflərini görməyi bacaran insanları ittiham etməyə, günahlandırmağa, kimliyindən asılı olmayaraq alçatmağa heç bir hüququ olmayan insanın anlada bildiyi dildən anlamaq, yüksək analiz etmə qabiliyyətinə sahib olana psixoloq deyilir. Bunlarla yanaşı, psixoloq təkcə, psixologiya deyil, fəlsəfə, din, neyrologiya və s. elmlərlə özünü inkişaf etdirməkdə davam edən yeniliklərə açıq olan şəxsdir. İnsanlara sağlam düşünməkdə - əsasən də insanın düzgün qərar verməsində dəstək olan və şəxsi fikrini, məsləhətini önə çıxarmadan, müraciət edənin özünü dərk etməsi üçün onunla eyni yola çıxan bələdçidir. Psixoloq tibb universiteti bitirmir. Onun dərman yazmaq və diaqnoz qoyma hüququ da yoxdur.
Bu gün ölkədə psixoloji konsultasiyalarla bağlı fərqli qiymətlər mövcuddur. Klinikalarda, marketlərdə, apteklərdə və digər sahələrdə olduğu kimi psixoloji konsultasiyalarla da bağlı fərqli qiymətlər mövcuddur. Müraciət edən insan özü hansı psixoloq və hansı qiymət uyğundursa onunla da seansını başlamağı seçir. Bu dövlət və ya özəl məktəblər kimi bir seçimdir. Özünü inkişaf etdirmiş mütəxəssis, peşəkarlığını bilən psixoloqlar özünə uyğun qiymət tətbiq edir. Əlbəttə ki, reklam xarakterli şişirdilmiş süni qiymətlər də var.
“Psixoloqun özünün iki psixoloqu olmalıdır” fikriylə razılaşmıram. Mənə görə, özünə çarə qılmağı bacarmayan psixoloqun başqasına deyəcəkləri sadəcə söz yığınıdır. Bernard Şounun ifadəsiylə desəm: “İnsan yüz il oxusa belə, bircə dəfə praktikası olmayıbsa, hər şey boşdur”.
Mənim seanslarım isə 100 yox, 150 Azn-dən başlayır. Yeniyetmələr endirimlidir. Şəhid ailələri isə təmənnasızdır", deyə Samirə Bağırova fikirlərini tamamlayıb.