“ÇOX SAĞ OLSUNLAR, EYBİ YOX…” - AMEA-dan AzTV-nin tənqidinə cavab
26-07-2022, 17:42
7 646

“ÇOX SAĞ OLSUNLAR, EYBİ YOX…” - AMEA-dan AzTV-nin tənqidinə cavab

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayaraq sərt tənqid edib.
“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı süjetdə AMEA-da heç nəyin dəyişmədiyini, yalnız orada işləyənlərin yaşının artdığı bildirilib.
AzTV-nin süjeti sosial şəbəkələrdə Ramiz Mehdiyev dövrü ilə indiki AMEA rəhbərliyi arasında heç bir fərq olmadığı şəklində müzakirələr yaradıb.
Məsələ ilə bağlı AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimov Cebhe.info-ya açıqlamasında bildirib ki, AzTV-nin süjetini tənqid kimi qəbul etmir:
“AzTV-nin süjetini tənqid kimi yox, irad kimi qəbul edirik. Çox sağ olsunlar ki, iradlarını bildiriblər. Hər bir məsələyə də iradlarını deyə bilərlər. Uman yerdən küsərlər, eybi yox”.
A.Həşimov süjetdə səslənən yaş məsələsinə də toxunaraq deyib ki, AMEA-da nəsilləri dəyişməsi, cavanların yetişməsi bir yerdə gedir:
“Akademiyada bu məsələ hər zaman gündəlikdə olur, indi də gündəlikdədir. Cavan kadrların hazırlanmasına baxsanız, Akademiyada hər il aspiranturaya qəbul olanlar, müdafiə edənlər hamısı gənclərdir”.

Oxşar xəbərlər